Real 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi Flik
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik son dörd "el klasikoda" "Real Madrid"i məğlub etmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" alman mütəxəssisin sözlərini belə çatdırıb:
"Real"ı ardıcıl dörd oyunda yendiyimiz, son görüşdə (4:3) geridönüşlə qələbə qazandığımız üçün klub və azarkeşlər adına şadam. Bu, əla idi. "Real" 24 dəqiqə meydanın bizə aid hissəsində topa toxuna bilməmişdi. Bəli, bu, fantastik idi, bizim özümüzlə fəxr etməyə haqqımız var.
Xoşbəxtəm, çünki bunun azarkeşlər üçün vacib olduğunun fərqindəyəm.
Kitab? Yox, mən kitab yazmaq niyyətində deyiləm. Birini yazmışam, bəs edib. İndi bütün diqqətimi "Barsa"ya yönəldirəm. Yalnız komandam haqda düşünürəm".
Nihat
Baxış sayı:115
Bu xəbər 14 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















