“Real” 50 milyona oyunçu ALDI
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real Madrid" müdafiəçi Alvaro Karrerasın transferi ilə bağlı "Benfika" ilə şifahi razılığa gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, 22 yaşlı ispaniyalı Madrid təmsilçisinə 50 milyon avroya keçəcək.
Bundan əvvəl də "kral klubu"nun müdafiəçisi ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı tam razılığa gəldiyi bildirilirdi.
Qeyd edək ki, ötən mövsüm Karreras bütün turnirlərdə 52 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalına görə futbolçunun transfer dəyəri 35 milyon avrodur.
Milli.Az

Real 50 milyonluq müdafiəçi ALDI
17 May 2025 14:46
Liverpul 150 milyona oyunçu ALDI
11 İyun 2025 16:02
Mançester 50 milyona oyunçu alır FOTO
05 May 2025 14:27
Atletiko Madrid 50 milyona oyunçu aldı FOTO
03 İyul 2025 09:07
“Real” gənc oyunçu transfer edir
29 Mart 2025 17:24

