Real a klublararası dünya çempionatında 3 məşqçidən biri rəhbərlik edəcək ADLAR
Icma.az, Fanat saytına istinadən bildirir.
İyunun 18-də start götürəcək klublararası dünya çempionatı başlayana qədər "Real Madrid"i tərk edəcəyi gözlənilən baş məşqçi Karlo Ançelottinin yerini tutmağa 3 namizəd var.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Məlumata görə, İspaniya nəhənginə sözügedən turnirdə klulun futbol direktoru Santyaqo Solari, "Kastilya"nın çalışdırıcısı Raul Qonsales və ya gənclərdən ibarət komandanın baş məşqçisi Alvaro Arbeloa rəhbərlik edəcək.
Xatırladaq ki, daha öncə Ançelottinin yaxın günlərdə "Real"ın prezidenti Florentino Pereslə görüşərək müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı detalları dəqiqləşdirəcəyi açıqlanıb.
Nihat
Baxış sayı:97
Bu xəbər 28 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















