Real Alonsonun tələbini rədd etdi Bu futbolçudan imtina edildi
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid” “Bayer Leverkuzen”in futbolçusu Florian Virtsin transferindən imtina edib.
Metbuat.az xəbər verir ki, “Real”ın yeni məşqçisi olacağı deyilən Xabi Alonso futbolçunun transferini tələb etsə də, klub rəhbərliyi imtina edib. Bildirilir ki, “Real” rəhbərliyi “Bayer Leverkuzen”in tələb etdiyi 150 milyon avronu qiymətin baha olması səbəbilə ödəmək istəmir.
Qeyd edək ki, Florian Virtsin “Real Madrid”ə transfer olmaq istədiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, futbolçu “Bavariya” ilə razılıq əldə etsə də, müqavilə imzalamayıb. “Bild” qəzetində dərc edilən xəbərə görə, futbolçu “Real”la razılığa gəlmək istədiyi üçün “Bavariya” ilə müqavilə imzalamayıb. “Real”la razılıq əldə edilməsə Florian Virts “Bavariya”nın təklif etdiyi müqaviləyə imza atacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 May 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















