“Real” Ançelottiyə qalması üçün “Barselona” ilə bağlı şərt irəli sürdü
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Real Madrid” İspaniya kubokunu qazanacağı təqdirdə məşqçi Karlo Ançelotti klubda qala bilər.
Metbuat.az xəbər verir ki, “Real” İspaniya kubokunun finalında “Barselona” ilə qarşılaşacaq. İspaniya mediasının məlumatına görə, “Real” rəhbərliyi UEFA Çempionlar Liqasındakı məğlubiyyətə baxmayaraq Ançelotti barədə qərarını verməyib. İddialara görə, “Real” Ançelottinin klubdakı karyerasını İspaniya kubokunun finalından sonra müzakirə edəcək.
Qeyd edək ki, "Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a iki oyunda ümumi hesabla 1-5 hesabı ilə məğlub olub. Məğlubiyyətdən sonra Ançelottinin istefaya göndəriləcəyi irəli sürülüb. "Bayer Leverkuzen"in məşqçisi Xabi Alonso və “Red Bull”da Qlobal Futbol Rəhbəri olan Yurgen Kloppun adı "Real"la hallanır.
Baxış sayı:135
Bu xəbər 18 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















