Real Ardanı 130 milyonluq futbolçu ilə dəyişdirmək istəyir
Metbuat saytına istinadən Icma.az xəbər verir.
“Real Madrid” və “Liverpul” arasında futbolçu mübadiləsi baş tuta bilər.
Metbuat.az xəbər verir ki, klubların Arda Gülerlə Florian Virtzi dəyişdirə biləcəyi iddia edilib. İngiltərə mətbuatında dərc edilən iddialara görə, “Liverpul”un Arda Gülerə olan əvvəlki marağından istifadə etmək istəyən “Real Madrid” onun Virtzlə mübadilə edilməsində maraqlıdır. Xabi Alonsonun da mübadiləni dəstəklədiyi və keçmiş futbolçusu ilə işləməkdə maraqlı olduğu irəli sürülüb. Həmçinin qeyd olunur ki, Virtzin “Liverpul” karyerasına uğursuz başlamasına və İngiltərə nəhənginin Ardaya olan marağına baxmayaraq, Virtz üçün 130 milyon avro transfer haqqı ödənilməsi mübadiləni çətinləşdirə bilər.
Vurğulanır ki, İngilis klubu Virtzi buraxmaq istəmir və mübadilə baş tutarsa, “Real Madrid”dən əlavə ödəniş tələb ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 25 Dekabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















