Real Ardanı göndərir, yerinə bu futbolçunu transfer edir
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real Madrid" yeni mövsüm öncəsi artıq 3 vacib transferini tamamlayıb.
Metbuat.az xəbər verir ki, transfer pəncərəsi hələ açılmasa da, klubun 3 futbolçu ilə razılıq əldə etdiyi irəli sürülür. "Liverpul"la müqaviləsi mövsümün sonunda yekunlaşacaq Trent Alexander-Arnoldun “Real”la razılığa gəldiyi iddia edilir. Pulsuz transfer ediləcək ingilis futbolçu təkcə təcrübəsi ilə deyil, həm də müasir futbolun tələblərinə uyğun oyun tərzi ilə “Real Madrid” müdafiəsinə yeni rəng qata bilər. Məlumata görə, sol cinah müdafiəçisi mövqeyində oynayan "Jirona"nın futbolçusu Migel Qutyerres “Real Madrid”ə qayıdır. Fran Qarsia və Ferland Mendinin hələ də gözləntiləri tam şəkildə qarşılamaması Qutyerresin qayıdışını daha da vacib edir. “Komo”da uğurlu oyun nümayiş etdirən Niko Pazın da “Real”a qayıdacağı irəli sürülür.
İddia edilir ki, Niko Pazın gəlişi onunla eyni mövqedə oynayan Arda Gülerin “Real”dan getməsinə səbəb olacaq. Bəzi mənbələr “Real”ın Arda Güleri icarə əsasında klubdan göndərəcəyi barədə xəbərlər dərc edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 22 Aprel 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















