Real Atalantanı, Bayer İnteri məğlub etdi VİDEO
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun görüşlərinə start verilib.
"Unikal" xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.
İngiltərənin “Liverpul” komandası İspaniyada “Jirona”nı 1:0 hesabı ilə üstələyib. “Bayer” isə Almaniyada İtaliyanın “İnter” kollektivini eyni hesabla məğlub edib.
İspaniya nəhəngi “Real Madrid” İtaliyada “Atalanta”ya 3:2 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
VI tur
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Seltik” (Şotlandiya) - 0:0
“Jirona” (İspaniya) - “Liverpul” (İngiltərə) - 0:1
“Leyptsiq” (Almaniya) - “Aston Villa” (İngiltərə) - 2:3
“Bayer” (Leverkuzen, Almaniya) - “İnter” (İtaliya) - 1:0
“Atalanta” (İtaliya) - “Real Madrid” (İspaniya) - 2:3
“Brügge” (Belçika) - “Sportinq” (Portuqaliya) - 2:1
“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya) - 1:5
“Zaltsburq” (Avstriya) - PSJ (Fransa) - 0:3
“Brest” (Fransa) - PSV (Niderland) - 1:0
Qeyd edək ki, VI turun növbəti oyunları bu gün təşkil olunacaq.


