Icma.az
close
up
RU
Real azarkeşlərini qəzəbləndirən olay Mbappe Arda Güləri məhv etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Real azarkeşlərini qəzəbləndirən olay Mbappe Arda Güləri məhv etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Ötən gecə "Real Madrid"in heyətində "Xetafe"yə qarşı keçirilən oyunda çıxışı ilə diqqət çəkən Arda Gülər sosial mediada böyük marağa səbəb olub. Lakin Kilian Mbappenin Arda Gülərin ötürmələrini dəyərləndirməməsi azarkeşləri qəzəbləndirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ardanın 95,7 faiz ötürmə dəqiqliyi ilə oyundakı uğuru Mbappenin qaçırdığı fürsətlərin kölgəsində qalıb. Azarkeşlər Mbappeyə "Arda Gülərin ötürmələrini məhv etdi" şərhini yazıblar.

Belə ki, Arda ikinci hissədə Cud Bellinqhemi əvəzləyərək oyuna daxil olub. İkinci hissədə oyuna daxil olan Gülər ​​95,7% ötürmə dəqiqliyi ilə yaxşı oyun keçirib. Lakin Mbappe onun real qol epizodları yaradan dəqiq ötürmələrini dəyərləndirə bilməyib.

Xatırladaq ki, "Real Madrid" dünən gecə öz meydanında "Xetafe" ilə qarşılaşıb. Qarşılaşmada Karlo Ançelottinin yetirmələri 2:0 hesabı ilə qalib gəlib.

seeBaxış sayı:61
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri