Icma.az
close
up
RU
“Real” “Barselona” ilə aradakı xal fərqini “əritdi”

“Real” “Barselona” ilə aradakı xal fərqini “əritdi”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belə görünür ki, “Barselona” mövsümün əvvəlində hədsiz çox tərifləndi.

Başgicəlləndirici uğurların ardından artıq böhran yaşanır. Ötən tur səfərdə “Real Sosyedad”a uduzan kataloniyalılar bu dəfə qələbəni inanılmaz şəkildə əldən verdi. “Selta” son 6 dəqiqədə onların qapısından iki top keçirdi. Təbii ki, Madrid klubları – “Atletiko” və “Real” “Barsa”nın büdrəməsindən yararlandı. “Hindular” “Alaves”i məğlub etdi, “ağ şimşəklər” isə “Leqanes”lə oyunda heç bir çətinlik çəkmədi. Ançelottinin komandası itirilməyən xallara görə “Barsa”dan indi yalnız 1 xal geri qaır. Halbuki cəmi iki tur əvvəl bu fərq 9-a bərabər idi.
“Barselona” Viqoda sanki San-Sebastyandakı oyunun davamını gətirdi. Fərq ondan ibarətdi ki, kataloniyalılar “Selta” ilə sədər oyununda elə ilk maraqlı hücumda fərqləndilər. Levandovski 61-ci dəqiqədə Rafinyanın ötürməsindən sonra 2-ci qolu vuranda hər kəsə elə gəldi ki, artıq oyunun taleyi həll olundu. Ancaq “Selta”nın oyunçuları ruhdan düşmədilər. Düzdü, 77-ci dəqiqədə təkbətək çıxan Rafinya topu dirəyə vurmasaydı, möcüzə olmayacaqdı. 5 dəqiqə sonra 2-ci dəfə sarı vərəqə ilə cəzalanan Kasado “Barsa”nı azlıqda qoydu. Ardından Kunde inanılmaz səhvə yol verməklə fərqin azalmasına səbəbkar oldu. Cəmi iki dəqiqə sonra müdafiəçilər Alvaresi də gözdən qaçırdı. Flikin sonda reallaşdırdığı tələsik dəyişikliklər işə yaramadı.
“Leqanes”in qonağı olan “Real” heç bir problem yaşamadı. Böyük üstünlüyə malik olan madridlilər hissənin sonunda Bellingem – Vinisius – Mbappe kombinasiyası sayəsində hesabı açdı. Fasilədən sonra da oyunun axarı dəyişmədi. Meydan sahibləri yenə də hücumda passiv idi. 2-ci qol oyunun taleyini həll etdi. Cərimə zərbəsi zamanı Valverde sol “6-lığ”ı dəqiq nişan aldı. Arda ilə Mbappe imkanları qaçırsa da, Bellingem 85-ci dəqiqədə “Real”ın 3-cü qolunu vurdu.
“Alaves” Madrid nəhəngləri ilə oyunlarda sensasiyanın astanasından qayıdır. “Atletiko” ilə oyunda heç-heçəni qorumaq da mümkün olmadı. Baxmayaraq ki, “Alaves” artıq 7-ci dəqiqədə hesabı açmışdı. “Hindular” fasiləyə qədər hesabı bərabərləşdirə bilərdi. Ancaq Lino topu tirə vurdu, Lyorentenin cərimə meydançası xaricindən iki zərbəsinin qarşısını isə Sivera aldı. Simeone fasilədən sonra həm penaltiyə səbəbkar olan Qalanı, həm də Lyorenteni oyundan alaraq növbəti dəfə sağ cinahda oğluna şans verdi. Bu dəfə qələbəni Culiano yox, onunla eyni vaxtda meydana çıxan Sörlot gətirdi. Norveçlinin qazandığı penaltini Qrizmann qola çevirdi. Sona 4 dəqiqə qalmış isə Sörlot özü də fərqləndi.
Turun qalan oyunlarına gəlincə, ilk “4-lüy”ə düşməyə iddialılar – “Osasuna” ilə “Vilyarreal” Pamplonada “sülh”ə razılaşdı. Meydan sahibləri Budimirin erkən qolları ilə 2:0 önə çıxsa da, fasilədən sonra oyunun axarı dəyişdi. “Sarı sualtı qayıq” bərabərlik qolunu 3-cü uzatma dəqiqəsində vurdu. Bask derbisində “Atletik” evdə “Real Sosyedad”a qalib gəldi. “Xetafe” və “Sevilya”, uyğun olaraq, “Valyadolid” və “Rayo Valyekano” üzərində “quru” ev qələbəsi qazandı. “Valensiya” və “Jirona” da ev oyununda çox inamlı təsir bağışladı. “Yarasalar” “Betis”in qapısından 4 top keçirdi, öz qapısında iki qol gördü. “Jirona” da ardıcıl 2-ci ev oyununda 4 qol vurdu. Kataloniyalıların budəfəki qurbanı “Espanyol” oldu. Ümumiyyətlə, turun oyunları hədsiz yüksək məhsuldarlıq şəraitində keçdi: 34 top vuruldu ki, bu da ortalama 3,5 qol deməkdi. Ada komandaları da trenddən geri qalmadı: “Malyorka” Kanar adalarında “Las Palmas”ı 3:2 hesabıyla məğlub etməklə “avrokubok zonası”na yaxınlaşdı.
14-cü tur
Selta – Barselona 2:2

Qonsales, 84. Alvares, 86 – Rafinya, 15. Levandovski, 61. (24573)
Barselona: Penya, Martin (Fort, 46), Martines, Kubarsi, Kunde, Pedri (Lopes, 75), Kasado, Qavi (De Yonq, 75), Olmo (Torre, 89), Rafinya, Levandovski (Viktor, 89).
Leqanes – Real 0:3
Mbappe, 43. Valverde, 66. Bellingem, 85. (12338)
Real: Kurtua, Qarsiya, Rüdiger, Asensio, Valverde, Bellingem (Endrik, 87), Sebalyos, Kamavinqa, Vinisius, Gülər (Dias, 75), Mbappe (Modriç, 83).
Atletiko – Alaves 2:1
Qrizmann, 76-p. Sörlot, 86 – Quridi, 7-p. (58910)
Atletiko: Oblak, Qalan (Sörlot, 46), Lanqle, Vitsel, Aspilikueta, Lino (De Paul, 64), Lyorente (Simeone, 46), Barrios, Koke (Rikelme, 70), Qrizmann, Korrea (Alvares, 59).
Osasuna – Vilyarreal 2:2
Budimir, 8; 20-p. – Baena, 67. Moreno, 90+3-p. (19795)
Atletik – Real Sosyedad 1:0
Sanset, 26. (50719)
Xetafe – Valyadolid 2:0
Rodriges, 70. Nyom, 73. (9911)
Sevilya – Rayo Valyekano 1:0
Sou, 27. (35125)
Valensiya – Betis 4:2
Tarrera, 8. Duro, 50; 53. Lopes, 56 – Duro, 14-öz qapısına. Avila, 66. (43975)
Jirona – Espanyol 4:1
Xil, 4. Miyovski, 16; 21. Kreyçi, 27 – Puado, 55. (12461)
Las Palmas – Malyorka 2:3
Essuqu, 77. F.Silva, 83-p. – Rodriges, 46. Navarro, 56. Moxika, 90+1. (22940)
1. Barselona 14 11 1 2 42-14 34
2. Real 13 9 3 1 28-11 30
3. Atletiko 14 8 5 1 21-8 29
4. Vilyarreal 13 7 4 2 25-21 25
5. Atletik 14 6 5 3 20-13 23
6. Osasuna 14 6 4 4 19-22 22
7. Jirona 14 6 3 5 20-18 21
8. Malyorka 14 6 3 5 13-12 21
9. Betis 14 5 5 4 16-16 20
10. Real Sosyedad 14 5 3 6 11-11 18
11. Selta 14 5 3 6 22-24 18
12. Sevilya 14 5 3 6 13-18 18
13. Rayo Valyekano 13 4 4 5 13-14 16
14. Leqanes 14 3 5 6 13-19 14
15. Xetafe 14 2 7 5 10-11 13
16. Alaves 14 4 1 9 15-24 13
17. Las Palmas 14 3 3 8 18-25 12
18. Valensiya 12 2 4 6 12-19 10
19. Espanyol 13 3 1 9 12-26 10
20. Valyadolid 14 2 3 9 10-27 9
Bombardirlər: Levandovski (Barselona) – 15, Vinisius (Real), Rafinya (Barselona), Budimir (Osasuna) - 8.
Növbəti turun oyunları noyabrın 29-u – dekabrın 2-si aralığında keçiriləcək: Malyorka – Valensiya, Barselona – Las Palmas, Alaves – Leqanes, Espanyol – Selta, Valyadolid – Atletiko, Vilyarreal – Jirona, Real – Xetafe, Rayo Valyekano – Atletik, Real Sosyedad – Betis, Sevilya – Osasuna.
Turun rəqəmi
700 – Dieqo Simeone “Atletiko”nun “sükanı arxasında” oyun sayını bu həddə çatdırdı. Komanda bu müddətdə 413 qələbə qazanıb, 156 dəfə heç-heçə edib, 131 dəfə uduzub. Simeone İspaniya futbolu tarixinə bir komanda ilə belə nəticə göstərən ilk mütəxəssis kimi düşdü. Argentinalının “hindular”ı 2011-ci ildən bəri çalışdırdığını da xatırladaq.
Turun ulduzu
Allan Nyom (Xetafe) – sağ cinah müdafiəçisi qələbənin memarı oldu. Bu komanda, adətən, çox qol vurmur. Nyom isə həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Belə nəticəni fərqləndirməyə dəyər!
Turun sitatı
Jül Kunde, “Barselona”nın müdafiəçisi: “Konsentrasiya çatışmazlığından əziyyət çəkdim, bunun əvəzini kobud səhvlə ödədim. Əsasən mənim günahım üzündən heç-heçə etdik. Son iki oyunda o qədər də yaxşı təsir bağışlamamışıq. Nəhayət, komanda olub-olmadığımızı göstərməyin vaxtı çatıb”.
Fakt
“Barselona” 31 oyundan sonra ilk dəfə heç-heçə etdi. Sonuncu dəfə martın 3-də “Atletiko” ilə heç-heçəyə (0:0) razılaşan kataloniyalılar növbəti 31 oyunda ya qalib gəlmiş, ya da uduzmuşdu.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Belə şeylər olur. İstədiyimiz bu deyildi. Ancaq irəli baxmalıyıq. Son turlarda 6 mümkün xaldan birini toplamışıq. Narazıyıq. Razı olan yoxdu. Hər kəs daha yaxşı oynamağa qadirdi. Bu hesab oyunumuzun nəticəsidi. Gücünü 100 faiz ortaya qoymursansa, qələbə qazanmayacaqsan. Hər şey çox sadədi. Ümid edirəm ki, bu nəticə Çempionlar Liqasında çıxışımıza təsir göstərməyəcək”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Bu 700 oyuna görə “Atletiko”ya təşəkkür edirəm. İllər əvvəl dediyim kimi, bu klubun gələcəyi var. Məndən daim soruşurlar: qalmaq fikrim varmı? Bəli, qalmaq fikrindəyəm. Və bilirsizmi, niyə qalacam? Ona görə ki, klubun gələcəyi var, gələcək isə biz hamımızıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri