Real dan ayrılacaq futbolçuların adları açıqlandı
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni mövsüm öncəsi “Real Madrid” bir sıra futbolçuları klubdan göndərəcək.
Metbuat.az xəbər verir ki, artıq futbolçulardan bəzilərinin adı məlumdur. Məlumata görə, “Real” zədə səbəbindən uğurlu oyun nümayiş etdirə bilməyən David Alaba ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır. Bildirilir ki, avstriyalı müdafiəçinin daha bir illik müqaviləsi var. İspaniya mətbuatı Alabanın transfer haqqı olmadan komandadan ayrıla biləcəyini yazıb.
Məlumata görə, məşqçi Karlo Ançelotti də mövsümün sonunda klubdan göndəriləcək. Jesus Valyexon, Luka Modriç, Lukas Vaskes və David Alaba “Real Madrid”lə vidalaşacaq ən güclü namizədlərdir. Həmçinin Andriy Lunin, Ferland Mendi və Fran Qarsianın klubdan göndərilə biləcəyi irəli sürülür.
Baxış sayı:150
Bu xəbər 07 May 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















