Icma.az
close
up
RU
“Real” darmadağın oldu, “Barsa” liderliyi ələ keçirdi

“Real” darmadağın oldu, “Barsa” liderliyi ələ keçirdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Madrid derbisində darmadağın olan “Real” zirvəni əldən verdi. Təbii ki, “Barselona” əsas rəqibinin büdrəməsindən yararlanmalıydı və yararlandı da. Amma La Liqada mövsümün əvvəlinin fenomeni nə “Real”dı, nə “Barsa”. Məğlubiyyət tanımayan “Elçe” 4-cü pillədə qərarlaşıb.

Bütün Avropa olmasa da, bütün İspaniyaya “Real”ın Alonsonun rəhbərliyi altında qələbələri sıralamasını izləyirdi. Ancaq ilk ciddi rəqiblə oyun madridlilərin yeni çalışdırıcısı üçün keçilməz sədd oldu. “Atletiko” derbidə, sadəcə, qələbə qazanmadı, həm də rəqibi darmadağın etdi! “Hindular” “Real”ı sonuncu dəfə bu vəziyyətə köhnə “Visente Kalderon”da salmışdı. Dieqo Simeoneni nəzərə almasaq, həmin heyətdən yalnız Koke ilə Qrizmann qalıb. Xavbek bu oyunda məhsuldar ötürmə verdi, fransalı forvard isə 5-ci qolu vurmaqla çempionatda 22 oyunluq qol susqunluğuna son qoydu. Ançelotti böyük psixoloq idi və belə acı məğlubiyyətlərdən sonra da komandanı böhrandan çıxarmağı bacarırdı. İndi isə Alonso bu çətin missiyanın öhdəsindən gəlməlidi. Axı “Real” növbəti turda ilk “3-lüy”ə düşmək uğrunda mübarizə aparan “Vilyarreal”ı qəbul edəcək. “Atletiko”ya gəlincə, bir oyun əsasında “hindular”ın çempionluq yarışına qatılmaq perspektivi haqda danışmaq çətindi. Ancaq Simeonenin komandasının istənilən vəziyyətdə həm La Liqada, həm də Çempionlar Liqasında istənilən rəqibi məğlub etməyə qadir olduğu şübhə doğurmur.
“Barsa” “Real”ın xal itkisindən məharətlə yararlandı. Baxmayaraq ki, “Real Sosyedad”la oyunda qələbə kataloniyalılara asan başa gəlmədi. Onlar böyük ərazi üstünlüyünə malik idi, müntəzəm təhlükəli vəziyyətlər yaradırdı, ancaq imkanlar boşa verilirdi. Basklar isə hər imkanda irəli qaçır, müdafiədə boşluqlar axtarırdı. Hesabı məhz qonaqlar açdı – Barreneçanın asmasını Aramburunun zədəsi üzündən təcili heyətə salınan Odriosola tamamladı. Ancaq komandalar fasiləyə bərabərliklə yollandı. 43-cü dəqiqədə künc zərbəsindən sonra Kunde qonaqları məyus etdi. 2-ci hissədə də oyunun axarı dəyişmədi. Flik 57-ci dəqiqədə Yamalı meydana buraxdı ki, o da dərhal komandasının 2-ci qolunu təşkil etdi, Levandovskiyə məhsuldar ötürmə verdi. Qalan vaxt ərzində tərəflər bir neçə qol imkanını qaçırdı. 84-cü dəqiqədə həm Kubo, həm də Levandovski tiri “nişan aldı”.
Çempionatda ardıcıl 2-ci əzmkar qələbəsini qazanan “Barsa” “Real”ı 1 xal geridə qoymaqla liderliyə yüksəldi. “Real Sosyedad” isə artıq autsayderlər sırasındadı.
“Qarabağ”ın ÇL-in liqa mərhələsindəki rəqibi “Atletik”in qələbəsiz seriyası 4 oyuna çatdı. Əvəzində “Vilyarreal” ötən mövsümdən bəri evdə keçirdiyi ardıcıl 8-ci oyunda da qələbə qazandı. “Sarılar” oyuna daha fəal başladı: Mourinyonun zərbəsi qapının yanından keçdi, Pepe topu dirəyə vurdu. Basklardan isə fasiləyə qədər Quruseta hesabı aça bilərdi. “Atletik”in çempionatdakı son 5 oyunundan dördündə fasiləyə qədər qol vurulmadığını nəzərə alsaq, qolsuz ilk yarı gözlənilməz olmadı. Rəqibin “dişsizliyini” görən “Vilyarreal” 2-ci hissədə də hücumları davam etdirdi. Marselino Qarsiya Toralın 72-ci dəqiqədə meydana buraxdığı Moleyro cəmi 5 dəqiqədə sonra topu Simonun yanından qapıya göndərdi. Düzdü, qonaqlar hesabı bərabərləşdirə bilərdi. Ancaq Reqonun cərimə meydançasının xətti üzərindən zərbəsi tirdən döndü. “Vilyarreal” qələbə sayəsində 3-cü pillədə qaldı.
4-cü yerdə isə məğlubiyyət tanımayan “Elçe” qərarlaşıb. Elitanın debütantı hesabat turunda “Selta”nı məğlub etdi. “Malyorka” – “Alaves”, “Rayo Valyekano” – “Sevilya” oyunlarında bir qol vuruldu. Birincidə meydan sahibləri, ikincidə qonaqlar qalib gəldi. “Jirona” – “Espanyol”, “Xetafe” – “Levante” oyunlarında heç-heçə qeydə alındı, “Betis” “Osasuna” üzərində inamlı qələbə qazandı. Dünən axşam keçirilməli olan “Valensiya” – “Ovyedo” oyunu hava şəraiti üzündən təxirə salındı.
7-ci tur
Atletiko – Real 5:2

Le Norman, 14. Sörlot, 45+3. Alvares, 51-p.; 63. Qrizmann, 90+3 – Mbappe, 25. Gülər, 36. (69167)
Atletiko: Oblak, Lyorente, Le Norman, Lanqle, Hantsko (Qalan, 83), Barrios, Koke, Simeone (Baena, 90+2), Qonsales (Qrizmann, 83), Alvares (Molina, 90+2), Sörlot (Qallaher, 67).
Real: Kurtua, Karreras, Höysen (Q.Qarsiya, 89), Militao (Asensio, 46), Karvaxal (Kamavinqa, 59), Çuameni, Valverde, Gülər (Mastantuono, 59), Bellingem (Rodriqo, 70), Vinisius, Mbappe.
Barselona – Real Sosyedad 2:1
Kunde, 43. Levandovski, 59 – Odriosola, 31. (50103)
Barselona: Şensnı, Kunde, Arauxo, Kristensen, Martin (E.Qarsiya, 78), De Yonq, Pedri (Kasado, 90+5), Bardaqji (Yamal, 58), Fernandes (Olmo, 46), Reşford (Torres, 78), Levandovski.
Vilyarreal – Atletik 1:0
Moleyro, 77. (18908)
Atletik: Simon, Berçiçe, Vivian, Lyaport, Lekue, Xauresigar, De Qalarreta (Vesqa, 67/Reqo, 75), Qomes (Navarro, 57), Sanset, İ.Uilyams (Sannadi, 75), Quruseta (Areso, 68).
Elçe – Selta 2:1
A.Silva, 18. Donald, 68 – B.İqlesias, 22. (26708)
Malyorka – Alaves 1:0
Asano, 37. (16275)
Rayo Valyekano – Sevilya 0:1
Adams, 87. (13080)
Jirona – Espanyol 0:0
(11488)
Xetafe – Levante 1:1
X.İqlesias, 57 – Romero, 26. (7749)
Betis – Osasuna 2:0
Ezzalzuli, 19. K.Ernandes, 38. (50034)
“Valensiya” – “Ovyedo” oyunu təxirə salınıb.
1. Barselona 7 6 1 0 21-5 19
2. Real 7 6 0 1 16-8 18
3. Vilyarreal 7 5 1 1 13-5 16
4. Elçe 7 3 4 0 10-6 13
5. Atletiko 7 3 3 1 14-9 12
6. Betis 7 3 3 1 11-7 12
7. Espanyol 7 3 3 1 10-9 12
8. Xetafe 7 3 2 2 8-9 11
9. Atletik 7 3 1 3 7-8 10
10. Sevilya 7 3 1 3 11-10 10
11. Alaves 7 2 2 3 6-7 8
12. Valensiya 6 2 2 2 8-10 8
13. Osasuna 7 2 1 4 5-7 7
14. Levante 7 1 2 4 11-14 5
15. Rayo Valyekano 7 1 2 4 7-10 5
16. Selta 7 0 5 2 6-9 5
17. Real Sosyedad 7 1 2 4 7-11 5
18. Malyorka 7 1 2 4 6-11 5
19. Ovyedo 6 1 0 5 2-11 3
20. Jirona 7 0 3 4 3-16 3
Bombardirlər: Mbappe (Real) - 8, Alvares (Atletiko) – 6.
Növbəti turun oyunları oktyabrın 3-5-i aralığında keçiriləcək: Osasuna – Xetafe, Ovyedo – Levante, Jirona – Valensiya, Atletik – Malyorka, Real – Vilyarreal, Alaves – Elçe, Sevilya – Barselona, Real Sosyedad – Rayo Valyekano, Espanyol – Betis, Selta – Atletiko.
Turun rəqəmi
5 – “Atletiko” son 75 ildə ilk dəfə “Real”ın qapısından bu qədər qol keçirdi. Sonuncu dəfə “hindular” 1950-ci ildə bu rəqibə 5:1 və 6:3 hesabıyla qalib gəlmişdi.
Turun ulduzu
Xulian Alvares (Atletiko) – ardıcıl 2-ci oyunda argentinalı hücumçunu fərqləndirməyə məcbur olduq. İlk qolu penaltidən vursa da, cərimə zərbəsindən vurduğu qola heyran olmamaq mümkün deyildi.
Turun sitatı
Florentino Peres, “Real”ın prezidenti:

“Bu gün bizim günümüz deyildi. Rəqib bizdən daha yaxşı oynadı. Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdı. Biz “Real”ıq, yenidən qalxacağıq”.


Faktlar
* 35-ci dəfə Madrid derbisinə çıxan Oblak qapıçılar arasında belə oyunların sayına görə Kasilyası arxada qoydu. Oblak həmçinin derbilərdə ən çox (46) qol buraxan qapıçıdı. 2-ci yerdə “Real”ın qapıçısı Xuanito Alonso (40) qərarlaşıb.
* “Atletiko” son 10 ildə ilk dəfə “Real”ı darmadağın etdi. “Ağ şimşəklər” sonuncu dəfə “hindular”a 3 və ya daha artıq top fərqi ilə 2015-ci ilin fevralında uduzmuşdular. Onda hesab 0:4 olmuşdu.
* “Real” artıq La Liqada ardıcıl 6 oyundu “Atletiko”ya qalib gələ bilmir. “Real”ın derbidəki sonuncu qələbəsi 2022-ci ilin sentyabrında qeydə alınıb. Ondan sonra keçirilən 6 oyundan 4-ü heç-heçə, 2-si “hindular”ın qələbəsi ilə bitib.
* “Real” il ərzində 2-ci dəfə bir oyunda 5 qol buraxdı. Bu il yanvarın 12-də keçirilən İspaniya Superkuboku uğrunda oyunda “Barselona” “Real”ı 5:2 hesabıyla məğlub etmişdi. 21-ci əsrdə indiyə qədər heç vaxt “Real” bir ildə iki oyunda 5 və daha artıq qol buraxmamışdı.
* “Atletiko”nun heyətində 199-cu qolunu vuran Qrizmann klubun bombardirləri sırasındakı liderliyini bir qədər də möhkəmləndirdi. 2-ci yerdəki Luis Araqonesin 159 qolu var.
* “Barsa” bütün turnirlərdə keçirdiyi son 44 oyunda qol vurmaqla (125 qol) klub rekordunu təkrarladı. Kataloniya nəhəngi sonuncu dəfə 1942-ci ilin noyabrından 1944-cü ilin fevralına qədər belə seriya yaxalayıb (44 oyun, 139 qol).
* Yamal ötən mövsümün startından indiyə qədər 24 məhsuldar ötürmə verib. O, bu göstəricidə “böyük beşlik” ölkələrində yalnız Salahdan (26) geri qalır. Yamalın həmklubu Rafinyanın hesabında da 24 belə ötürmə var.
* “Elçe” 2021-ci ildən bəri La Liqanın debütanları arasında ən yaxşı nəticəni göstərib. “Rayo Valyekano” da həmin mövsümdə 7 turdan sonra 13 xal toplamışdı.
Oyundan sonra
Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Haqlı məğlubiyyətdi, hakimliyə etirazımız yoxdu. Hər kəs üçün ağırdı, məsuliyyətimizi hiss edirik, indi irəli baxmalıyıq. Mövsüm yenicə başlayıb, bu, oynamaq istədiyimiz səviyyə deyil. Bugünkü oyunumuzdan narazıyıq. Qələbə yoluna qayıtmq istəyirik, ancaq komanda quruculuğu prosesində həmişə çətin anlar olur. Bu gün hiss etdiyimiz ağrıdan lazımi nəticələri çıxarmalıyıq. Hər şeydən çox məni narahat edən məqam intensiv oyun göstərə bilməməyimizdi. Lazımi şəkildə döyüşmədik, belə rəqiblərlə oyunlar üçün zəruri olan səviyyədə oynamadıq. Oyunumuzu səviyyəsini – özü də hər aspektdə - qaldırmalıyıq. Fasilədə öz aramızda danışdıq ki, oyuna sıfırdan başlamalıyıq, ancaq bunu bacarmadıq. Penalti, cərimə zərbəsi, top itkisi... Belə oyuna görə bizi haqlı yerə cəzalandırdılar”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Heç şübhəsiz, “Real” dünyanın ən yaxşı klublarından biridi. Lap əvvəldən rəqibə çətin anlar yaşada biləcəyimizi anlayırdıq. Buraxılan iki qolu nəzərə almasaq, komandam bu gün oyunboyu yaxşı oynadı. Çatışmazlıqları vaxtında müəyyənləşdirdik, “Liverpul”la oyundan sonra mükəmmələşməyə başladıq və bu gün çox yaxşı oyun keçirdik”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Əziyyət çəkməli olduq, ancaq qələbəni haqq etdik. Yamalın dönüşünə sevinirəm. Bütün komanda yaxşı çalışdı. Ötən oyun bitəndən sonra dincəlmək üçün cəmi 68 saatımız var idi. Yaxşı nəticədi, ancaq bizi irəlidə uzun yol gözləyir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri