Real Diomande ilə razılığa gəldi PSJ mübarizədən çəkilmir
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real Madrid" "Leyptsiq"in futbolçusu Yan Diomandenin transferi istiqamətində mühüm irəliləyiş əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid klubu fil dişi sahilli vingerlə şəxsi müqavilə şərtləri üzrə şifahi razılıq əldə edib. Futbolçu da "Real"a keçidə razılıq verib. Bundan əvvəl isə Diomande PSJ ilə də şəxsi şərtləri razılaşdırmışdı.
Bildirilib ki, "Real Madrid" "Leyptsiq"in 90 milyon avro və 10 milyon avro bonusdan ibarət ilk təklifini rədd etməsindən sonra Almaniya klubuna yeni təklif göndərməyə hazırlaşır. PSJ isə transfer uğrunda mübarizəni davam etdirir və futbolçunun tərəfi ilə əlaqələri yenidən aktivləşdirib.
Qeyd edək ki, 19 yaşlı Yan Diomande ötən mövsüm "Leyptsiq"in heyətində uğurlu çıxışı ilə Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Premyer Liqada çıxış edəcək Xusanov daha 5 il “Siti”də PSJ-ni “Atletiko”ya dəyişdi - RƏSMİ Niderland millisinin üzvü “Əl-Hilal”da Yoxlama matçı: "Qalatasaray" "Monza"ya məğlub olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 26 İyul 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















