Real dünyanın ən yaxşı mütəxəssislərindən birinə sahibdir Barselona nın baş məşqçisi
Icma.az bildirir, Fanat portalına istinadən.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Real Madrid"in çalışdırıcısı Karlo Ançelottini dünyanın ən yaxşı mütəxəssislərindən hesab edir.
Fanat.Az xəbər verir ki, İspaniya kubokunun finalı ərəfəsində bu haqda danışan alman məşqçinin dediklərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib:
"Real Madrid" dünyanın ən yaxşı məşqçilərindən birinə sahibdir. Ançelottinin başına gələnləri görmək kədərlidir. O, hər klubda hər şeyi qazanıb. Karlo centlmendir, ona böyük hörmətim var. Bu həftəsonu onunla yenidən görüşmək xoşdur. O, inanılmaz məşqçidir".
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında"Arsenal"a uduzaraq mübarizəni dayandırmasından sonra Ançelottinin istefası gündəmdədir.
İtaliyalı mütəxəssis 2021-ci ilin yayından Madrid komandasını çalışır. O, "Kral kuboku"nu 2022 və 2024-cü illərdə Çempionlar Liqasında qələbəyə daşıyııb. 65 yaşlı Ançelotti daha əvvəl 2013-2015-ci illərdə Madrid klubunda çalışıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















