Icma.az
close
up
RU
“Real” ən yaxşı klub, Ançelotti ən yaxşı məşqçi adına sahib çıxdı

“Real” ən yaxşı klub, Ançelotti ən yaxşı məşqçi adına sahib çıxdı

Madrid “Real”ı Dubayda keçirilən “Globe Soccer Awards” mərasimində ilin ən yaxşı kişi klubu seçilib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi 2024-cü ildə Çempionlar Liqasının, İspaniya çempionatının, ölkə Superkubokunun, UEFA Super Kubokunun və Qitələrarası Kubokun qalibi olub.

“Kral klubu”nun çalışdırıcısı Karlo Ançelotti sözügedən mərasimdə ilin ən yaxşı məşqçisi seçilib. Mükafata digər iddiaçılar Xabi Alonso (“Bayer”), Mikel Arteta (“Arsenal”), Luis de la Fuente (İspaniya), Can Pyero Qasperini (“Atalanta”), Pep Qvardiola (“Mançester Siti”) və Simone İnzaqi (“İnter”) olub.

İtaliya “İnter”indən Pyero Ausili ən yaxşı idman direktoru , “Real”ın əhbəri Florentino Peres futbolda bütün zamanların ən yaxşı prezidenti seçildi.

Portuqaliyalı Xorxe Mendeş ilin ən yaxşı futbol agenti seçilib.

seeBaxış sayı:28
embedMənbə:https://futbolpress.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri