Real ərəblərdən futbolçu transfer edə bilər
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real" klubu heyətini gücləndirmək üçün transfer bazarında fəallığını davam etdirir.
QOL.az xəbər verir ki, "One Football"un məlumatına görə, "kral klubu"nun hədəfinə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş düşüb.
Məlumata görə, Madrid təmsilçisi bu keçidi cari ilin yayında reallaşdırmağı planlaşdırır. Həmin vaxt Neveşin ərəb klubu ilə müqaviləsi başa çatacaq və o, "Real"a azad agent statusu ilə qoşula bilər.
Qeyd edək ki, mart ayında 29 yaşı tamam olacaq futbolçu karyerası ərzində "Portu" və "Vulverhempton" kimi klubların formasını geyinib. O, Portuqaliya millisində keçirdiyi 63 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 28 Yanvar 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















