Icma.az
close
up
RU
Real ın əfsanəsindən Rüdiger etirafı

Real ın əfsanəsindən Rüdiger etirafı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Real''da cəmi 3 mövsüm oynamasına rəğmən klub tarixində iz buraxmağı bacaran futbolçulardan olan Klod Makelele Antonio Rüdiger ilə bağlı diqqətçəkən ifadələr işlədib.
Sabiq fransalı futbolçu Madrid nəhəngində 2000-03-cü illərdə çıxış edərək 145 rəsmi oyunda forma geyib və Çempionlar Liqası da daxil olmaqla 7 titul qazanıb. Hazırda 52 yaşı olan Makelelenin sözündən belə aydın olur ki, almaniyalı Rüdigerin ''Real''a üstünlük verməsində onun rolu böyük olub:

''Rüdiger 2022-ci ildə ''Çelsi''dən ayrılmağa qərar verdikdən sonra yanıma gəldi. Müxtəlif mövzularda söhbət etdik və ''Real''a mümkün keçidi barədə mənim də fikrimi soruşdu. Mən də ona ''düşünmədən imzanı at, bu, sənin həyatının ən böyük fürsətidi'' dedim. Həmin vaxt ''Bavariya'' və PSJ kimi başqa seçim imkanları da var idi. Daha sonra söhbət əsnasında ona ''sən sadəcə titul qazanmaq istəyirsən, yoxsa, ən yüksək səviyyədə oynamaq? Zatən bir neçə önəmli titullar qazanmısan və istədiyin hər şeyə sahibsən. Amma həqiqətən də top-səviyyəli bir futbolçu olmaq barədə düşünürsənsə, Madridə get. Ora get, bu futbolçularla oyna və nə demək istədiyimi anlayacaqsan'' dedim. Məni dinlədiyinə görə çox şadam. Həm özü, həm də ''Real'' üçün çox uğurlu transfer oldu. ''Real'' çox böyük klubdu. Gənc və özünü ən yüksək səviyyədə sınamaq istəyən hər futbolçuya ora keçməyi məsləhət görürəm''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see285

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see275

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see268

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see266

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see256

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see256

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see253

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see248

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see242

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see228

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see228

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see223

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see221

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see220

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see217

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see216

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see210

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri