Real ın futbolçularından hakimə sərt etiraz
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Real" səfərdə "Bavariya"ya 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Dani Karvahal oyunun baş hakimi Slavko Vinçiçə qarşı kəskin etirazı ilə diqqət mərkəzinə düşüb. Təcrübəli müdafiəçi qarşılaşmadan sonra referini günahlandıraraq, ona ağır sözlər ünvanlayıb:
"Bu, sənin günahındır! Sənin lənətə gəlmiş günahın!"
"Kral klubu"nun narazılığına səbəb Eduardo Kamavinqanın mübahisəli ikinci sarı vərəqə ilə meydandan qovulması və Luis Diazın hesabı 3:3 edən qolunun qeydə alınması olub.
Digər futbolçular da hakim idarəçiliyindən narazı qalıblar. Cud Bellinqem baş verənləri
"Bu, zarafatdır!" sözləri ilə şərh edib.
Antonio Rüdiger isə gərginliyi artırmamaq üçün qısa kifayətlənib:
"Düzünü desəm, bu barədə danışmasam daha yaxşıdır".
Baxış sayı:155
Bu xəbər 16 Aprel 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















