Icma.az
close
up
RU
Real ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs Mövsümün parıldayan ulduzları

Real ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs Mövsümün parıldayan ulduzları

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropada futbol mövsümü sona çatmaq üzrədir. Böyük liqaların həlledici mərhələsi gedir. Fransada artıq çempion bəllidir, Almaniya və İngiltərədə qalibin kimliyinə böyük ölçüdə aydınlıq gəlibsə, İspaniya və İtaliyada gərgin mübarizə davam edir. Müasir futbol daha çox kollektiv oyundur, əsasən taktika, mübarizə ön plandadır. Əksər mütəxəssislər hesab edirlər ki, bu da fərdi performansları get-gedə arxa plana keçirir. Lakin futbolu bunsuz təsəvvür etmək də mümkün deyil. Bu mövsüm də fərdi performansları ilə önə çıxan, parlayan adlar oldu. 20 il əvvəlin futbolu ilə müqayisədə onların sayı elə də çox deyil, ancaq hələ də komandasını arxasınca daşımağı bacaran futbolçular var. Budəfəki yazıda mövsümün parlayan simalarından bəhs edilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Rafinya üçün ikinci nəfəs

2022-ci ildə "Lids"dən "Barselona"ya transfer olunan Rafinya bu mövsümün əvvəlinə qədər komandada ortabab oyunçulardan idi. O, keçən il zəif performans sərgiləməsə də, yayda komandadan gedişi gündəmə gəlmişdi. Rafinyaya Səudiyyə Ərəbistanından sərfəli təklif var idi. Lakin Kataloniya klubunun yeni baş məşqçisi Hansi Flik braziliyalının komandada qalması üçün təkid etdi. Məhz almaniyalı mütəxəssisin gəlişi Rafinya üçün ikinci nəfəs oldu.

2024/25 mövsümündə ulduzu parıldayanlardan danışırıqsa, Rafinyanı çəkinmədən ilk sıraya qoymaq olar. O, 49 oyunda 30 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsümün əvvəlində Lamin Yamal, Pedri, Robert Levandovski kimi adların "Barsa"nın əsas ulduzları olacağı güman edilirdi. Lakin Rafinya proqnozları alt-üst etdi. O, qitənin bir nömrəli klub turnirində 12 matçda 12 qol vurub. Təkcə bu fakt Rafinyanın necə əla mövsüm keçirdiyinin sübutudur.

"Barselona"dan bəhs etmişkən, klub bu mövsüm də bir neçə gənc oyunçuya şans verdi. "La Masiya"dan gələnlər arasında daha çox diqqət çəkən isə Kubarsidir. Düzdür, o, keçən mövsümün ikinci yarısında da əsas komandada çıxış edib. Lakin bu il daha çox diqqət çəkir. 18 yaşlı Kubarsi artıq əsas heyət üzvüdür. Bu mövsüm 35 matçda meydana çıxan mərkəz müdafiəçisi etibarlı oyunu ilə yanaşı, bir assistlə də yadda qalmağı bacarıb.

"Real"ın yeni Raulu

Adı Raul olsa da, onu daha çox Serxio Ramosa bənzədirlər. Söhbət Madrid "Real"ının bu mövsüm parıldayan ulduzu Raul Asensiodan gedir. David Alaba və Eder Militanın zədələnməsindən sonra "kral klubu"nun məşqçilər korpusu müdafiənin mərkəzindəki problemi daxili resurslarla həll etmək qərarına gəldilər. Noyabrın sonlarında heç kəsin tanımadığı 21 yaşlı Raul Asensio əsas komandada debüt etdi. Bundan sonra onun yüksəlişi başladı. İlk matçdan etibarlı oyunu ilə seçilən gənc müdafiəçi tezliklə əsas heyətin daimi üzvünə çevrildi. Həm topla davranışı yüksək səviyyədə olan, həm də fiziki hazırlığı ilə diqqət çəkən Asensio artıq 46 matçda meydana çıxıb və iki məhsuldar ötürməsi var. "Real"dakı parlaq çıxışından sonra gənc oyunçu İspaniya milli komandasına da dəvət alıb.

Parisin parıldayan ulduzu

Usman Dembele bəlkə də karyerasının ən yaxşı mövsümünü keçirir. PSJ-nin erkən çempionluğunun, komandasının Çempionlar Liqasında yarımfinala adlamasının əsas səbəbkarlarından biri məhz odur. 27 yaşlı ulduz bu mövsüm 43 matçda 32 qol və 11 assistlik performans göstərib. "Barselona"da özünü tam aça bilməyən Dembele məhz Luis Enrikenin rəhbərliyi altında performansının pikinə çatıb. Bu səbəbdən onun adını qeyd etməmək mümkün deyil.

Lakin bu mövsüm Luis Enrikenin "coker"i Dezire Duedir. Keçən ilin yayında "Bavariya"dan imtina edib "Renn"i PSJ-yə dəyişən 19 yaşlı futbolçu Paris klubunun oyununa istiqamət verən addır. Yarımmüdafiənin mərkəzində, hücumçunun gerisində, cinahlarda, hətta hücumun mərkəzində oynamağı bacaran Due Avropada mövsümün ən yaxşı driblinqçilərindəndir. Bu mövsüm 46 matçda meydana çıxan gənc oyunçu 13 qol və 12 assistlə yadda qalıb. Dembele, Xviça Kvaratsxeliya kimi ulduzların olduğu komandada belə məhsuldarlıq göstərməsi onun gələcəyindən gözləntiləri artırıb. Due artıq Fransa millisinə dəvət alıb.

Marmuş, Olise və digərləri

Bu mövsüm parıldayan ulduzlardan bəhs edərkən, Omar Marmuş, Maykl Olise, Xeyni Qittens, Xulian Alvares kimi adları unutmaq olmaz. Mövsümün ilk yarısını "Ayntraxt"da keçirdikdən sonra "Mançester Siti"yə transfer olunan Marmuşun komandası daha yaxşı performans sərgiləsəydi, indi ən çox ondan bəhs edilərdi. Fərdi nəzər yetirdikdə, misirli forvard 47 matçda 27 qol, 16 məhsuldar ötürmə kimi fantastik statistikaya malikdir. Yayda "Mançestsr Siti"ni "Atletiko"ya dəyişən Xulian Alvares də İspaniya paytaxtında özünü "suda balıq" kimi hiss edir. O, 49 oyunda 26 qol vurub, 5 assist edib. "Bavariya"da Maykl Olise mövsümün əsas ulduzudur. Fransalı futbolçu yayda transfer olduğu Münhen klubunun "düşünən beyni"dir. Bu mövsüm 17 assist edən yarımmüdafiəçi 13 dəfə də rəqib qapısına özü yol tapıb. Hər mövsüm üzə yeni ulduz çıxaran Dortmund "Borussiya"sında isə bu il də istisna olmadı. "Arılar"ın əsas siması Ceymi Qittendsir. 20 yaşlı ingilis futbolçu bu mövsüm 8 qol və 4 assistlə komandanın əsas simalarından oldu.

Bu adlar sübut edir ki, fərdi istedad hələ də futbolda mühüm rol oynayır. Hər biri meydanda parlayan bir ulduz, tribunada isə azarkeşlərin ümididir. Onların çıxışı, təkcə klubunu deyil, bütün futbol dünyasını həyəcanlandırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Aprel 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri