“Real” istədiyini edə bilər, biz isə mərasimlərdə iştirak edəcəyik”
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona”nın prezidenti Joan Laporta “Real”ın ardıcıl ikinci il “Qızıl Top” mükafatının təqdimat mərasimini boykot etməsinə münasibət bildirib.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, o deyib:
“Qoy nə istəyirlər, etsinlər. Biz “Barselona” ilə maraqlanırıq. Namizədlərə və təşkilatçılara hörmət əlaməti olaraq mərasimlərdə iştirak edirik. Bu bizim idmana yanaşma tərzimizdir. Qazanmaq da olar, uduzmaq da. Amma uduzmağı bacarmaq lazımdır. Bəxtəvərik ki, çox qazanırıq və az uduzuruq”.
Xatırladaq ki, ötən il mətbuatda “Real”ın mərasimi boykot etməsinin səbəbi kimi Vinisius Juniorun yox, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin qalib olacağını öncədən öyrənməsi göstərilmişdi. Sonda Vinisius səsvermədə ikinci yeri tutmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Sentyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















