“Real“ klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 9,2 milyon avro itirib
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 9,2 milyon avro itirib.
Moderator.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Siti" (hər ikisi İngiltərə) və "Benfika" (Portuqaliya) ilə oyunlarda alınan məğlubiyyətlər nəticəsində "Kral klubu" 6,3 milyon avrodan məhrum olub.
Bundan əlavə, son turda turnir cədvəlində üçüncü yerdən doqquzuncu pilləyə geriləmək "Real"a daha 1,9 milyon avroya başa gəlib.
Madrid təmsilçisi birbaşa 1/8 finala vəsiqə qazansaydı, 2 milyon avro əldə edəcəkdi, lakin pley-off mərhələsinə düşdüyü üçün yalnız 1 milyon avro qazanıb.
Mənbənin bildirdiyinə görə, əgər İspaniya nəhəngi 1/8 finala vəsiqə uğrunda keçiriləcək pley-off mərhələsində turnirlə vidalaşarsa, daha 11 milyon avro itirə bilər. Bununla belə, ümumi mərhələnin yekunlarına əsasən "Real" indiyədək 39 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, La Liqa təmsilçisi pley-off mərhələsində "Benfika" ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 31 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















