Real Madrid 19 yaşlı futbolçuya 100 milyon avro təklif etdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
İspaniya nəhəngi "Real Madrid" Almaniyanın "Leypsiq" klubunda çıxış edən 19 yaşlı hücumçu Yan Diomandın transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, Madrid təmsilçisi Fil Dişi Sahili millisinin üzvü olan Yan Diomandı "Bavariya"nın və Fransa millisinin cinah oyunçusu Maykl Oliseyə alternativ variant kimi nəzərdən keçirir.
"Leypsiq" isə futbolçunun transferi üçün 120 milyon avro tələb edir.
19 yaşlı hücumçu ilə PSJ, "Liverpul", "Arsenal" və "Mançester Siti" də yaxından maraqlanır.
Yan Diomand ötən mövsüm "Leypsiq"in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 25 İyul 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















