Real Madrid antirekorda imza atıb
Icma.az, Operativmedia saytına istinadən bildirir.
"Operativ Media" xəbər verir ki, kral komandası Çempionlar Liqasının cari kubokun qalibi kimi qrup mərhələsində üç məğlubiyyəti olan ilk komanda olub.
İtaliyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komanda 5-ci turda İngiltərə “Liverpul”una 0:2 hesabı ilə uduzub.
“Real” qrup mərhələsində də Fransanın “Lill” (0:1) və İtaliyanın “Milan”ına (1:3) uduzub.

