“Real Madrid” “El Klassiko”nun qalibi oldu
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya La Liqasının 10-cu turu çərçivəsində "Kamp Nou" stadionunda keçirilən "El Klasiko" qarşılaşması "Real Madrid"in 2:1 hesablı səfər qələbəsi ilə başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada hesabı "Real Madrid" açıb. Kilian Mbappe birinci hissənin sonlarına yaxın dəqiq zərbə ilə komandasını önlüyə çıxarıb. İkinci hissədə təzyiqi artıran "Barselona" hesaba tarazlıq gətirib. Pedrinin ötürməsindən sonra Rafinya fərqlənərək hesabı 1:1 edib.
Matçın son dəqiqələrində səhnəyə yenidən Kilian Mbappe çıxıb. Fransalı hücumçu Eduardo Kamavinqanın ötürməsindən sonra özünün və komandasının ikinci qolunu vuraraq "Real Madrid"ə vacib qələbə qazandırıb. pizza hut
Bu nəticə ilə "Barselona" cari mövsümdə La Liqadakı ilk məğlubiyyətini yaşasa da, 10 turdan sonra turnir cədvəlində liderliyini qoruyur. "Real Madrid" isə bu qələbə sayəsində liderlə aradakı xal fərqini azaldıb.
Baxış sayı:72
Bu xəbər 26 Oktyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















