Real Madrid in gənc ulduzu arzusuna çatdı
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
"Real Madrid"də 9 nömrəli formanın gənc Qonsalo Qarsiyaya veriləcəyinə görə narazı olan Endrik arzusuna çatıb.
"Cebheinfo.az" xəbər verir ki, braziliyalı hücumçu 10 nömrəni götürən Kilian Mbappenin boşaltdığı formaya sahib çıxıb.
"Real Madrid" ərköyün forvardı küsdürməmək üçün belə addım atıb. İndi o, Mbappedən əvvəl 13 il Kərim Benzemanın tərlətdiyi formada oynayacaq.
Endrik "Real Sosyedad"a icarəyə göndərilmək variantına da razı olmayıb. O, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq niyyətindədir.
Yeri gəlmişkən, "Real Madrid" Qarsiyaya da jest edib. Klublararası dünya çempionatında parlayan hücumçu ilə müqavilənin müddət 2030-cu ilin yayınadək uzadılıb. Onunla anlaşmaya bir milyard avroluq satınalma bəndi salınıb.
"Cebheinfo.az"
Baxış sayı:70
Bu xəbər 09 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















