Real Madrid in prezidenti Vinisiusa qiymət qoydu
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Vinisiusun "Real Madrid" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər davam etsə də, klub rəhbərliyi futbolçunu 160 milyon avrodan aşağı məbləğə satmağı nəzərdən keçirmir.
Bildirilir ki, 160 milyon avrodan aşağı təklif daxil olacağı təqdirdə "kral klubu" hətta danışıqlara belə başlamayacaq. Qeyd olunur ki, bu qiymət müəyyənləşdirilərkən Vinisiusun məhsuldarlığı və Madrid təmsilçisinin heyətində qazandığı titullara verdiyi töhfə nəzərə alınıb.
Mənbə həmçinin "Arsenal"ın braziliyalı futbolçu ilə maraqlandığını təsdiqləyib. Bununla belə, tərəflər arasında hələlik heç bir rəsmi danışığın aparılmadığı bildirilir. "Topçular" yalnız Vinisiusun "Real Madrid" ilə müqaviləsini yeniləməyəcəyi dəqiqləşərsə, transfer istiqamətində daha fəal addımlar atacaqlar.
Baxış sayı:170
Bu xəbər 26 İyul 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















