“Real Madrid” Klublararası Dünya Çempionatının iki ildən bir keçirilməsini təklif edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Real Madrid” klubu Klublararası Dünya Çempionatının hər iki ildən bir keçirilməsini təklif edib.
APA xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti FIFA-dakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, "Real" rəhbərliyi FIFA ilə apardığı danışıqlar zamanı bu ideyanı gündəmə gətirib. Klubun arqumentinə əsasən, ötən turnirdə satılan bütün biletlərin 25 faizi məhz “Real” azarkeşləri tərəfindən alınıb. Bu da turnirin iqtisadi potensialının artırılması baxımından önəmli amil kimi dəyərləndirilir.
Bununla belə, FIFA hələlik çempionatın daha tez-tez keçirilməsi ideyasını gündəmə gətirməyi planlaşdırmır. Hazırda turnirin hər 4 ildən bir təşkili nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 İyul 2025 03:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















