“Real Madrid” oyunçuları 2023 cü ildən yeddi dəfə çarpaz bağı zədəsi alıblar
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid” cinah oyunçusu Rodriqo Qoesin çarpaz bağ yırtığından sonra daxili araşdırma aparacaq.
İdman.Biz-in “El Mundo”ya istinadən məlumatına görə, paytaxt klubunun yeddi oyunçusu 2023-cü ildən bəri eyni zədə alıb və bu, klub rəhbərliyində narahatlıq yaradıb.
Son üç ildə Tibo Kurtua, Eder Militao (iki dəfə), Dani Karvaxal, Joan Martines, David Alaba və Rodriqo çarpaz bağ zədələri alıblar. Bütün zədələr “Real Madrid”in ev stadionunda və ya klubun məşq meydançasında baş verib. İstintaq həmçinin klubun tibb işçilərinin və fitnes məşqçilərinin fəaliyyətini də araşdıracaq.
Zədə səbəbindən Rodriqo 10 ay müddətinə meydanlardan kənarda qalacaq və 2026-cı il dünya çempionatında oynamayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 05 Mart 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















