Real Madrid Ronaldonun oğlu ilə maraqlanır
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İspaniyanın “Real Madrid” klubu keçmiş hücumçusu Kriştianu Ronaldonun oğlu Kiçik Kriştianu Ronaldo ilə maraqlanır.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, “kral klubu” 14 yaşlı futbolçunu Portuqaliya U-15 millisinin Xorvatiyada keçirilən beynəlxalq turnirdə Yaponiya yığmasına qarşı debüt oyununda izləyib. Həmin görüşdə portuqaliyalılar rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər.
Qeyd olunur ki, Kiçik Ronaldonun inkişafını izləmək barədə göstərişi “Real Madrid”in prezidenti Florentino Peres şəxsən verib. İspaniya nəhəngi gələcəkdə gənc portuqaliyalını heyətinə qatmağı mümkünsüz saymır. Eyni zamanda, 14 yaşlı futbolçunun inkişafını “Mançester Yunayted”, “Tottenhem” və bir neçə Almaniya klubu da yaxından izləyir.
Qeyd edək ki, Kiçik Ronaldu hazırda klub səviyyəsində atasının çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in gənclər komandasında oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















