“Real Madrid” tarixində ilk dəfə səhmlərinin bir hissəsinin satışını müzakirəyə çıxarır
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid” Futbol Klubu 2025/26 mövsümü üçün 1,25 milyard avro (2,14 milyard AZN) həcmində büdcə təqdim edib və prezident Florentino Peres klub tarixində ilk dəfə azlıq payının - maksimum 10 % - satışını müzakirəyə çıxarmaq üçün növbədənkənar yığıncaq çağıracağını bildirib.
İdman.Biz xəbər verir ki, Peresin planına əsasən yaradılacaq törəmə şirkət “Real”ın azlıq paketini əldə edə biləcək və bu model klubun bazar dəyərinin real investisiya vasitəsilə qiymətləndirilməsi üçün nəzərdə tutulur.
Prezident bildirib ki, kənar investorların simvolik pay üçün yüksək məbləğ ödəməyə hazır olması klubun dəyərinin ən güclü təsdiqidir.
İspaniyanın idman qanunvericiliyinə görə “Real”, “Barselona”, “Osasuna” və “Atletik Bilbao” La Liqada hələ də qeyri-kommersiya modeli ilə idarə olunan yeganə klublardır və buna görə də heç vaxt özəl investorlara səhmlər satmayıblar. Qalan klublar statuslarını dəyişərək bazar mexanizminə keçib və sərbəst investor cəlb edirlər.
Son nümunələrdən biri 2025-ci ilin noyabrında baş verib. Apollo Sports Capital “Atletiko Madrid”in nəzarət paketini 2,2 milyard avro ( 3,78 milyard AZN) dəyərində satın alıb ki, bu, futbol tarixində ikinci ən böyük klub satışı kimi qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















