“Real Madrid” UEFA dan “Barselon”nın 23 titulunu əlindən almasını tələb etdi − KİV
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid” “Neqreyra məsələsi” ilə bağlı hesabatı Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) qərargahına təqdim edərək, “Barselona”ya qarşı sanksiyalar tətbiq etmək və Kataloniya klubunu bir neçə tituldan məhrum etmək istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Diario AS” qəzeti məlumat yayıb.
May ayında “Real Madrid” prezidenti Florentino Peres “Barselona”nın da qarışdığı “Neqreyra məsələsi” barədə danışıb. O, İspaniya liqasının idarəetmə orqanının onun klubunun düşməni olduğunu, “Barselona”nın isə həmişə qalib gəldiyini və İspaniya liqasının hakimlərinin kataloniyalıların hesabına varlandığını iddia edib. Eyni zamanda, Peres UEFA-ya korrupsiya ilə bağlı hesabat təqdim etmək niyyətində olduğunu açıqlayıb.
Mənbənin məlumatına görə, “Real Madrid” “Barselona”nın Avropa yarışlarından kənarlaşdırılmasını və klubun Kral İspaniya Futbol Federasiyasının texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Enrike Neqreyranın dövründə qazandığı titullardan məhrum edilməsini tələb edir. Bu dövrdə “Barselona” doqquz İspaniya çempionluğu, altı Kral Kuboku və səkkiz İspaniya Super Kuboku qazanıb.
2023-cü ildə “Barselona” İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Enriquez Negreyraya ödənişlərlə bağlı rüşvətxorluqda ittiham olunub. Medianın məlumatına görə, 2001-2018-ci illər arasında Negreyra “Barselona” üçün hakim məsləhət xidmətləri göstərməkdə ittiham olunaraq təxminən 7 milyon avro alıb. KİV-in məlumatına görə, texniki hakimlər komitəsinin keçmiş vitse-prezidentinin şirkəti klub hər dəfə liqa və ya Kral Kuboku matçında oynadıqda “Barselona”nın ofislərinə zərflər çatdırıb. Mesajlarda yazılı hesabat və növbəti matçı idarə edəcək hakimin video profili yer alıb.
Bu mövzuda digər xəbərlər:“Real”dan UEFA ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın
15 İyul 2026 10:53
Madrid klubu ulduz futbolçunu “Fənərbaxça”nın əlindən aldı
03 Fevral 2026 08:33
Madrid klubu ulduz futbolçunu Fənərbaxça nın əlindən aldı
10 İyul 2026 08:28
“Real” Dayot Upamekanonu “Bavariya”nın əlindən alır
14 Dekabr 2025 09:52
UEFA “Real Madrid”i cərimələdi
06 Mart 2026 17:03
Baxış sayı:137
Bu xəbər 08 İyun 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















