“Real Madrid”də həyəcan təbili: Arbeloa doqquz finaldan danışdı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa İspaniya La Liqasının 30-cu turunda “Malyorka”ya qarşı keçirəcəkləri vacib oyunla bağlı fikirlərini bölüşüb. Aprelin 4-də baş tutacaq səfər görüşü Madrid təmsilçisi üçün böyük əhəmiyyət kəsb edir.
İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, ispan mütəxəssis çempionluq yarışında səhv etmək hüquqlarının olmadığını bildirib.
“Futbolçularımız yığmaların düşərgəsindən sağ-salamat qayıtdılar. Xoşbəxtlikdən, hər kəs sağlamdır və bu, əsas məqsədimizdir. Onların əksəriyyəti üçün bu dövr müsbət keçdi. Biz isə burada qalanlarla çox və səmərəli işlədik. Sabahkı matçın nə qədər vacib olduğunu yaxşı dərk edirik. Öz meydanında çox güclü olan və bizim qədər xala ehtiyac duyan rəqiblə qarşılaşacağıq. Fasilədən dərhal sonra səfərdə oynamaq asan olmayacaq. La Liqada doqquz finalımız qalıb və sabah onlardan birincisidir”, - deyə Arbeloa söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 03 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















