“Real Madrid”də klubun vəziyyətinin əsas səbəbkarlarının oyunçular olduğuna inanırlar COPE
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real Madrid”in Kral Kubokunun 1/8 final mərhələsində “Albasete”yə 3:2 hesabı ilə məğlub olmasından sonra komandada xeyli narazılıq yaranıb.
İdman.Biz bildirir ki, klubda hesab edirlər ki, komandanın oyunu onların statusuna layiq deyil.
COPE-yə görə, bu məğlubiyyət ən aşağı nöqtə kimi qəbul edilir.
Mənbəyə əsasən, “Real Madrid”də klubun hazırkı vəziyyətinin əsas günahkarları kimi oyunçuları hesab edirlər. Klub inanır ki, rəhbərliyin tam etibarını qazanan yeni məşqçi Alvaro Arbeloa vəziyyəti dəyişə və qalan iki titul - La Liqa və Çempionlar Liqası uğrunda mübarizə apara bilər. Lakin “Kral Klubu” qış transfer pəncərəsində heç bir oyunçu ilə müqavilə bağlamaq niyyətində deyil.
11 yanvarda “Real Madrid” İspaniya Superkubokunun finalında “Barselona”ya məğlub olub (3:2). 19 La Liqa oyunundan sonra “Los Blancos”un 45 xalı var və ikinci yerdədir.
Baxış sayı:80
Bu xəbər 15 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















