“Real Madrid”dən əzəli rəqibinə sərt ittihamlar
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"El Klasiko" qarşılaşması öncəsi "Real Madrid TV" televiziya kanalı "Barselona" klubuna, La Liqa rəhbərliyinə və qurumun prezidenti Xavyer Tebasa qarşı kəskin ittihamlar irəli sürüb.
“Yeni Sabah” xəbər verir ki, İspaniya təmsilçisinin rəsmi kanalı hakimlərin qərarlarında Kataloniya klubunun açıq-aşkar üstünlüyə malik olduğunu iddia edib:
"Hakim qərarları baxımından “Barselona”nın böyük üstünlüyü var. Söhbət “Neqreira işi” və Xavyer Tebas səbəbindən təsirlənmiş liqadan gedir. Son həftələrdə “Barselona” futbolçularının özlərini hakim kimi apardıqlarının şahidi olmuşuq." pizza mizza
Mətbuatın Kataloniya klubuna qarşı tərəfkeş mövqe nümayiş etdirdiyini bildirən telekanal "Real Madrid"in prinsipial rəqibindən üstün olduğunu vurğulayıb:
"La Liqa ətrafındakı bütün mübahisələri bir kənara qoysaq, sırf futbol baxımından “El Klasiko”nun açıq-aşkar favoriti “Real Madrid” klubudur. Media “Barselona” klubunu sanki dünyanın səkkizinci möcüzəsi imiş kimi təqdim edir, elə bil komanda qeyri-adi nəsə edir! Avropada ardıcıl 11 mövsümdür heç nə qazanmamaları təsadüfi deyil!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















