Icma.az
close
up
RU
Real Madrid​i seçirəm Nuri Şahin

Real Madrid​i seçirəm Nuri Şahin

"Borussiya Dortmund"un türkiyəli baş məşqçisi Nuri Şahinə Çempionlar Liqasında "Barselona" ilə oyundan sonra maraqlı açıqlama verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc mütəxəssisə "Barselona" və "Real Madrid" ilə bağlı sual ünvanlanıb.

"Barselona ilə "Real Madrid"dən hansı daha yaxşıdır? Mənə görə ən yaxşı komanda həmişə "Borussiya Dortmund"dur. Ancaq birini seçməli olsam, bu, "Real Madrid" olar", - deyə Nuri Şahin cavab verib.

Qeyd edək ki, "Borussiya Dortmund" bu mövsüm Çempionlar Liqasında iki dəfə məğlub olub. Almaniya təmsilçisi "Real Madrid"ə səfərdə 5:2, "Barselona"ya isə evdə 3:2 hesabı ilə uduzub. "Barselona" ilə oyunda alınan məğlubiyyət "Borussiya Dortmund"un cari mövsümdə öz meydanında ilk məğlubiyyəti olub.

seeBaxış sayı:22
embedMənbə:https://metbuat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri