Real Madrid”in təyyarəsində nasazlıq aşkarlanıb, uçuş 3 saat gecikib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 dekabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandasını qitələrarası kubokun final oyunu üçün Qətərin paytaxtı Doha şəhərinə aparmalı olan təyyarədə problem aşkarlanıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi hava gəmisinin və səfərin vaxtının dəyişdirilməsini qərara alıb. “Kral klubu” üçün yeni təyyarə ayrılıb. Texniki nasazlıq səbəbindən komandanın uçuşu 3 saat gecikib.
Qeyd edək ki, “Real Madrid” finalda Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

“Real Madrid”in hücumçusu Kilian Mbappe zədələnib AZƏRTAC
12 Dekabr 2024 17:45
Real Madrid in ulduzu zədələnib
17 Yanvar 2025 15:26
“Real Madrid”in iki əsas futbolçusu zədəsini sağaldıb AZƏRTAC
06 Dekabr 2024 19:03
“Real Madrid”in itkilərinin sayı 8ə yüksələ bilər AZƏRTAC
27 Noyabr 2024 15:49
“Real Madrid”in hücumçusu Mbappe zədələnib
12 Dekabr 2024 18:07

