Real Madridin yeni hədəfi: PSJ nin ulduzu Xviça Kvaratsxeliya
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
PSJ-də gözqamaşdıran performans sərgiləyən Xviça Kvaratsxeliya indi də "Real Madrid"in diqqətini çəkib. Heyətində köklü dəyişikliklər planlaşdıran ispan nəhəngi rəsmi olaraq gürcü ulduzu transfer siyahısında birinci yerə qoyub.
Oxu.Az "TGRT News"a istinadən xəbər verir ki, Madrid komandasının prezidenti Florentino Peres şəxsən Xviça Kvaratsxeliya üçün transfer kampaniyasına başlayıb.
"Real Madrid"in gələn yay Vinisius Juniorla vidalaşma ehtimalını nəzərə alan klub rəhbərliyi Kvaratsxeliya ilə müqavilə imzalamağa qərar verib.
Qeyd edək ki, Xviça 2025-ci ilin yanvarında 70 milyon avroya "Napoli"dən PSJ-yə keçib. Paris klubu onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
PSJ-də 39 rəsmi oyuna çıxan Kvaratsxeliya bu müddət ərzində 9 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 Oktyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















