Real Mançester Siti yə qalib gəldi, Yuventus , Borussiya və PSJ dən qələbə
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. SİA xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib. Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olub. Erkən final da adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edib. Görüşdən Madrid təmsilçisi qalib ayrılıb. PSJ səfərdə "Brest" üzərində qələbə qazanıb. "Yuventus" PSV-ni, Dortmund "Borussiya"sı isə "Sportinq"i üstələyib. Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
11 fevral
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3
Qollar: Haaland, 19, 80-pen. - Mbappe, 60, Diaz, 86, Bellinqem, 90+2
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1
Qollar: Makkenni, 34, Mbanqula, 82 - Perişiç, 56
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
Qollar: Jurassi, 60, Qrob, 68, Adeyemi, 82
21:45. “Brest” (Fransa) – PSJ (Fransa) - 0:3
Qollar: Vitinya, 21-pen; Dembele, 45, 68
12 fevral
21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)
00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)
00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)
Baxış sayı:84
Bu xəbər 12 Fevral 2025 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















