“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo hazırkı heyətdən tam razı deyil.
QOL.az xəbər verir ki, nu barədə Sport.es məlumat yayıb.
“Kral klubu” isə portuqaliyalı mütəxəssisin daha iki istəyini yerinə yetirməyib.
Mənbənin məlumatına görə, Mourinyonun əsas istəklərindən biri sol ayaqla oynayan mərkəz müdafiəçisinin transferidir. O, həmçinin komandanın heyətinin “universal” yarımmüdafiəçi ilə gücləndirilməsini istəyir.
Bildirilir ki, Mourinyo “İnter”in müdafiəçisi Alessandro Bastonini bəyənir. İtaliya klubu futbolçunu 70 milyon avro qiymətləndirir. “Real” eyni məbləği “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri üçün ayırmışdı. Lakin ispaniyalı futbolçunun “Barselona”ya keçmək qərarından sonra Madrid klubu planlarını dəyişə bilər.
Mourinyo komandasında Morten Yulmand tipli yarımmüdafiəçi görmək istəyir. Bu yay Madrid “Atletiko”suna keçən Yulmand yüksək oyun tempinə tab gətirə bilən “universal” futbolçudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 16 Avqust 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















