Real onunla müqaviləni uzadacaq
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real" yarımmüdafiəçi Brahim Diasla yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.
QOL.az "Cadena SER"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə barədə razılığa gəlib.
Mənbələrin bildirdiyinə görə, yeni müqavilənin mövsümün sonuna qədər rəsmi şəkildə elan olunması gözlənilir. Razılaşmaya əsasən, Brahim Diasın maaşı artırılacaq və bonuslar da nəzərdə tutulacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçunun “Real”la mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Klub rəhbərliyi Brahim Diasın son mövsümlərdəki stabil çıxışından razıdır və onu komandanın gələcək planlarının vacib hissəsi hesab edir.
Brahim Dias “Real Madrid”ə 2019-cu ildə transfer olunub və müxtəlif mövsümlərdə icarə əsasında başqa klublarda da çıxış edib.
Baxış sayı:109
Bu xəbər 01 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















