“Real” qalib gəldi, Vinisius qırmızı vərəqə aldı
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya La Liqasında VIII turun növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Madrid “Real”ı doğma meydanda “Vilyarreal”ı qəbul edib.
“Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu Yan Diomande vurub. Federiko Valverdenin ötürməsindən sonra fərqlənən futbolçu Madrid klubunun heyətində ilk qoluna imza atıb.
Qarşılaşmanın ikinci hissəsində meydana daxil olan Vinisius Junior isə diqqət mərkəzinə düşüb. Braziliyalı futbolçunun vurduğu qol VAR müdaxiləsindən sonra ləğv edilib. Buna səbəb onun epizod zamanı rəqib futbolçu Salibanın saçından dartması olub. Vinisius bu hərəkətinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Azlıqda qalmasına baxmayaraq, Joze Mourinyonun rəhbərlik etdiyi komanda hesabı qoruyaraq üç xalı qazanıb.
Qeyd edək ki, bu qələbədən sonra “Real” xalını 18-ə yüksəldib və turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Vilyarreal” isə 8 xalla 10-cu sıradadır.
“Qalatasaray” 3 xalı 3 qolla qazandı “Le Klassika”da parislilər sevindi “Amed” liderliyə yüksəldi: “Beşiktaş”ı məğlub etdi “Fənər”dən darmadağın: MURİÇDƏN POKER “Siti” zirvəyə yüksəldi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 Oktyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















