“Real” yarımmüdafiə xəttini gücləndirmək istəyir
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Real” klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu Orelyen Tçuameniyə rəqabət yaradacaq futbolçu axtarışına başlayıb.
İspaniya mətbuatı yazır ki, “kral klubu”nun transfer siyahısında iki namizəd var — “Kristal Pelas”ın futbolçusu Adam Uorton və “Ştutqart”ın yarımmüdafiəçisi Çem Andres.
“Real”ın əsas hədəfi Uortondur, lakin ingilis oyunçunun transfer qiyməti 80 milyon avrodan aşağı düşməzsə, klub Andres variantına üstünlük verəcək. Alman futbolçunun keçidinin təxminən 10 milyon avroya başa gələcəyi bildirilir.
Xatırladaq ki, 25 yaşlı Tçuameni cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və onların 9-da əsas heyətdə yer alıb.


