Real yeni baş məşqçisini açıqladı Rəsmi
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Real" baş məşqçisi Xabi Alonso ilə yollarını ayırdıqdan dərhal sonra yeni çalışdırıcısını açıqlayıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub sabiq futbolçu Alvaro Arbeloaya tapşırılıb.
Qeyd edək ki, 2009-2016-cı illərdə futbolçu kimi "Real"ın şərəfini qoruyan və 200-dən çox oyuna çıxan Arbeloa 2020-ci ildə məşqçi kimi kluba qayıdıb. O, akademiyada ("La Fabrika") aşağı yaş qrupları ilə, xüsusilə "Juvenil A" ilə qazandığı uğurlar sayəsində diqqət çəkib. Ötən yay isə o, digər klub əfsanəsi Raul Qonsalesi əvəzləyərək "Kastilya"nın (əvəzedici komanda) baş məşqçisi təyin edilmişdi. Rəhbərlik onun qısa müddətdəki fəaliyyətini yüksək qiymətləndirərək əsas komandanı ona etibar edib.
Xatırladaq ki, Arbeloa yeni vəzifəsində ilk sınağına bu həftə çıxacaq. "Real" İspaniya Kubokunun 1/8 final mərhələsində "Albasete" ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 12 Yanvar 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















