“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Joze Mourinyo “Real”ın yay transfer planları ilə bağlı mövqeyini müəyyənləşdirib.
QOL.az xəbər verir ki, “Diario AS” nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid klubunun rəhbərliyinə ulduz futbolçuların transferində maraqlı olmadığını bildirib.
Xəbərdə qeyd olunur ki, Mourinyo uğura “ac futbolçular”ın - daha çox özünü sübut etməyə çalışan, meydanda maksimum çalışan, döyüşkən xarakterə malik və böyük eqosu olmayan oyunçuların komandaya cəlb edilməsini istəyir.
63 yaşlı çalışdırıcı yüksək motivasiyalı, komanda ruhuna sahib və onun intensiv futbol tələblərinə tam uyğun gələn futbolçularla işləməyə üstünlük verir.
Qeyd edək ki, daha əvvəl Joze Mourinyonun “Real”ın baş məşqçi postuna təyin olunmağa çox yaxın olduğu barədə məlumat yayılıb.
Baxış sayı:143
Bu xəbər 31 May 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















