“Real”da Arbeloa rüzgarı: Klub rəhbərliyi gənc məşqçidən tam razıdır
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Madridin “Real” futbol klubunun rəhbərliyi hazırda gənclərdən ibarət komandaya rəhbərlik edən Alvaro Arbeloanın fəaliyyətini və klub daxilindəki nüfuzunu yüksək qiymətləndirir.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi Arbeloanın son çıxışlarını, “Real”ın maraqlarını qətiyyətlə müdafiə etməsini və komandanın tarixini təbliğ etməsini xüsusi rəğbətlə qarşılayıb. Mübahisəli vəziyyətləri peşəkarlıqla idarə etməsi və futbolçulara ötürdüyü düzgün mesajlar onun nüfuzunu daha da artırıb.
Klub daxilində Arbeloanın əzəli rəqib “Barselona”ya qarşı kəskin tənqidləri və onun mediadakı imici böyük hörmətlə qarşılanır. O, bir çox məsələlərdə klubun rəsmi siması və mühüm həlqəsi hesab olunur. Rəhbərlik onun düşüncələrini ifadə etmə tərzindən və prosesləri idarəetmə metodundan tamamilə razıdır.
Arbeloa məşqçi təyin olunduqdan sonra “Valdebebas” bazasında gündəlik atmosferin müsbət istiqamətdə dəyişməsi də diqqətdən yayınmayıb. Məlumata görə, bazadakı gərginlik tamamilə yoxa çıxıb, futbolçular və məşqçilər heyəti arasında tam harmoniya bərqərar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Mart 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















