“Real”da həyəcan siqnalı: Növbəti oyuna 8 itki ilə çıxa bilər
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real”ın Çempionlar Liqasının 5-ci turunun “Liverpul”la oyunu üçün heyətinə daxil olan 3 futbolçu “Enfild Roud”da sarı vərəqə alacağı təqdirdə turnir çərçivəsində baş tutacaq “Atalanta” ilə qarşıdakı matçı buraxa bilər.
Publika.az xəbər verir ki, Madrid klubundan Luka Modriç, Eduardo Kamavinqa və Lukas Vaskes üçün sarı vərəqə limitindədir.
Hazırda “Real”da 5 zədəli futbolçu var. Vinisius Junior, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba bu səbəbdən qarşılaşmaları buraxırlar.
“Atalanta” ilə matçda isə “Real”da itkilərin sayı 8-ə qədər yüksələ bilər.
Qeyd edək ki, “Liverpul”la oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Atalanta” ilə oyun isə dekabrın 10-da baş tutacaq.
Baxış sayı:50
Bu xəbər 27 Noyabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















