Realda prezident seçkisi
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Madrid "Real"ının prezidenti vəzifəsinə və Direktorlar Şurasına seçkilər keçiriləcək. Sport24.az xəbər verir ki, Madrid klubu seçki prosesinin yanvarın 7-də keçiriləcəyini açıqlayıb.
"Real"in prezidenti Florentino Peres növbəti 4 il üçün prezident və idarə heyətinin seçilməsi üçün klubun Direktorlar Şurasını toplayacaq.
77 yaşlı Peres ikinci dəfə 2009-cu ildən Madrid təmsilçisinə rəhbərlik etməyə başlayıb. Bundan əvvəl o, 2000-2006-cı illərdə bu vəzifədə çalışıb.
Qeyd edək ki, 2021-ci il seçkilərində Peresdən başqa namizəd olmadığı üçün "Real"ın hazırkı prezidenti avtomatik olaraq yenidən seçilib.
Baxış sayı:111
Bu xəbər 03 Yanvar 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















