Icma.az
close
up
RU
“Real”ın əfsanəsi Yamala tərif yağdırdı

“Real”ın əfsanəsi Yamala tərif yağdırdı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Barselona”nın və İspaniya yığmasının gənc ulduzu Lamin Yamal adından söz etdirməkdədi.
"Football-plus.az" xəbər verir ki, bu futbolçu son olaraq İspaniya kubokunun yarımfinalında “Atletiko” ilə səfər oyununda Ferran Torresin vurduğu yeganə qolda hesabına məhsuldar ötürmə yazdı.
Yamal bu mövsüm 41 rəsmi oyunda artıq 30 qolun vurulmasında yaxından iştirak edib (13 qol, 17 məhsuldar ötürmə). Xatırladaq ki, Yamalın hələ heç 18 yaşı da tamam olmayıb. Onun 18 yaşı iyulun 13-də tamam olacaq!
Bu arada ESPN 21 yaşa qədər futbolçular arasında dünyanın ən yaxşılarının siyahısını müəyyənləşdirib. Məşhur telekanal siyahını müəyyənləşdirərkən futbolçunun ən yüksək səviyyədə oynamasını, onun sabitliyini və potensialını nəzərə alıb. Eyni zamanda reytinqi müəyyənləşdirən kanalın əməkdaşı Avropada çalışan bir neçə peşəkar skaut və idman direktorlarının da fikirlərini öyrəndiyini, eləcə də şəxsi simpatiyasını da əlavə etdiyini vurğulayıb.
Siyahıya artıq başa düşdüyünüz kimi Yamal başçılıq edir. “Bayer-04” və Almaniya yığmasının üzvü Florian Virts 2-ci, “Real” və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingem 3-cü pillə qərarlaşıb. Maraqlıdı ki, “Real” və Türkiyə yığmasının gənc ulduzu Arda Gülər ESPN-in siyahısında ilk “10-luğ”a düşməyib. Halbuki o, italyanlar tərəfindən hazırlanan daha nüfuzlu “Golden Boy” mükafatının ötən ilki sıralamasında 2-ci pilləni tutmuşdu. ESPN-in siyahısında “10-luq”da digər pillələrdə bu isimlər qərarlaşıb: Pau Kubarsi (Barselona), Joao Neveş (PSJ), Uorren Zair-Emeri (PSJ), Xavi Simons (Leyptsiq), Qavi (Barselona), Aleksandar Pavloviç (Bavariya), Savio (Mançester Siti).
Bu arada “Real”ın əfsanələrindən biri olan Quti Ernandes də Yamalın bu yaşda bu cür performans sərgiləməsinə biganə qala bilməyib. O, hətta Lionel Messinin belə bu yaşda bu cür “hoqqa” vermədiyini bildirib. Madrid nəhəngi ilə 3-ü ÇL olmaqla 15 titul qazanan Quti bunları deyib:

“Yamal meydanda inanılmaz işlər görür. Onun etdikləri mənim etdikərimdən bir neçə işıq ili öndədi. Yamala ən yaxşı futbolçu demək olarmı? “Ən yaxşı” ifadəsini hərə bir cür anlayır. Mənim üçün ən yaxı futbolçu hər tur bu ada layiq görülən oyunçudu. Amma Yamal heç də hər tur bu ada layiq görülmür. Eyni sözləri elə Vinisius və Mbappe haqda da demək olar. Yamalın istedadının “çərçivəsi” yoxdu. Düzdü, bəziləri onun məhsuldarlığının aşağı olduğunu iddia edir. Amma qol vurmadığı oyunlarda Yamal məhsuldar ötürmə ilə nəticəyə təsir göstərir. O, bir hərəkətlə oyunun taleyini həll etməyə qadir olan futbolçulardandı. Messinin bu yaşda belə şeylər etdiyini xatırlamıram. Yeniyetmə yaşda bütün bunlara La Liqa kimi çətin turnirdə nail olmaq inanılmazdı. Yamal birmənalı şəkildə “Barselona”nın gələcəyidi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:327
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri