“Real”ın futbolçularının istifadə etdiyi şkaflar satışa çıxarılıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur “Sotheby's” hərrac evi son 20 mövsüm ərzində İspaniyanın “Real” klubunun futbolçuları tərəfindən istifadə edilən 24 şkafı onlayn şəkildə satışa çıxarıb.
“Report”un “Telegraph”a istinadən məlumatına görə, bir vaxtlar Devid Bekhem, Zinəddin Zidan, Roberto Karlos kimi əfsanələrin, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda top qovan Kriştianu Ronaldunun istifadə etdiyi, “Real”ın 2022/2023 mövsümündəki komandasının portretləri ilə bəzədilmiş şkafların ilkin qiyməti 10-20 min funt-sterlinq aralığında dəyişir.
Qeyd edək ki, “Los Anceles Leykers”in helikopter qəzasında dünyasını dəyişən basketbolçusu Kobe Brayantın şkafı avqustda “Sotheby's” tərəfindən 2.9 milyon dollara satılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Noyabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















