“Real”ın sabiq kapitanı karyerasını İngiltərədə davam etdirə bilər
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Madrid “Real”ının sabiq kapitanı Dani Karvaxal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, vasitəçilər 34 yaşlı müdafiəçini “Liverpul” və “Mançester Siti”yə təklif ediblər. Karvaxal ötən yay “Real”dan ayrıldıqdan sonra klubsuzdur.
Məlumata görə, “Liverpul” və “Mançester Siti” hələlik futbolçu ilə bağlı yekun qərar verməyib. Hər iki klub təcrübəli müdafiəçini transfer haqqı ödəmədən sağ cinahı gücləndirmək variantı kimi nəzərdən keçirir.
Karvaxala “Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloanın rəhbərlik etdiyi “Fulhem” də maraq göstərir.
İspaniyalı futbolçu ilə ölkəsinin bir neçə klubu da danışıqlar aparıb. Bundan başqa, MLS, Səudiyyə Ərəbistanı və digər Avropa çempionatlarının təmsilçiləri Karvaxalın xidmətində maraqlıdır.
34 yaşlı müdafiəçi karyerasını davam etdirmək niyyətindədir və hazırda özü üçün ən uyğun variantı seçir.
Baxış sayı:194
Bu xəbər 08 Sentyabr 2026 05:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















